RU

Qazaxıstan Prezidenti MDB ilə bağlı sazişi təsdiqlədi

BAKI, 28 oktyabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Cinayət Yolu ilə Əldə Edilən Gəlirlərin Leqallaşdırılması Risklərinin Qiymətləndirilməsi və Terrorizmin Maliyyələşdirilməsi üzrə Beynəlxalq Mərkəzin yaradılması haqqında sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Qanun layihəsi oktyabrda Qazaxıstan parlamenti tərəfindən təsdiqlənib.

Beynəlxalq Mərkəzin yaradılması haqqında müvafiq saziş 2023-cü ilin oktyabrında MDB-yə üzv dövlətlərin dövlət başçıları tərəfindən imzalanıb.

Избранный
48
teleqraf.com

1Источники