RU

Bakıda qayda pozan qadın sürücü və piyada qəzadan son anda xilas oldu VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində qayda pozan sürücü və piyada qəzadan son anda xilas olublar.

Avtosfer.az-ın məlumatına görə, hadisə barədə görüntüləri motosiklet sürücüsünün özü sosial şəbəkə hesabında paylaşıb.

Belə ki, hərəkətdə olan 99-K-867 dövlət nömrə nişanlı “Yamaha” markalı motosikletin xanım sürücüsü yolun ən sağ kənarı ilə hərəkət edərkən, yolu müəyyən olunmamış yerdən keçən piyadanı vurmaqdan son anda yayınıb.

Kadrda görünür ki, sıxlıqdan yararlanmağa çalışan yaşlı kişi yola baxmadan hərəkət edir. Sürücü isə zolaqda dayanan avtomobillərə əhəmiyyət vermədən hərəkətini davam etdirir ki, bu da qəza riskini artırır.

Təhlükəni dəf etmək üçün sürücü siqnal verərək piyadanı xəbərdar edib və geri çəkilərək toqquşmanın qarşısını alıb. Qeyd edək ki, o, videonun açıqlama hissəsində qayda pozduğunu etiraf edib.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
35
avtosfer.az

1Источники