
Keniyanın sahil bölgəsi Kvaledə Maasai Mara Milli Qoruğuna gedən alman və macar turistlərini daşıyan təyyarə qəzaya uğrayıb.
Euronews-un xəbərinə görə, qəza zamanı əksəriyyəti Avropalı turistlər olan 11 nəfər ölüb.
Mombasa Air Safari qəza zamanı 8 macar, 2 alman sərnişin və Keniyalı pilotun öldüyünü açıqlayıb.
Rəsmi şəxslərin məlumatına görə, Cessna Caravan tipli təyyarə Diani hava limanından təxminən 40 kilometr (25 mil) məsafədə, meşəlik və dağlıq ərazidə qəzaya uğrayıb. Hava yolu şirkəti bildirib ki, pilot Dianidən havaya qalxdıqdan sonra əlaqə qura bilməyib və idarəetmə qülləsi 30 dəqiqə boyunca təyyarəyə çatmağa çalışıb.
Mombasa Air Safari hazırda prioritetlərinin zərər çəkmiş ailələrə bütün mümkün dəstəyi göstərmək olduğunu bildirib.
Qəza yerli vaxtla səhər 05:30-da güclü yağış altında baş verib. Şahidlər güclü partlayış səsi eşitdiklərini və daha sonra tanınmaz hala düşmüş insan qalıqları tapdıqlarını bildiriblər.