RU

Energetika Nazirliyində enerji effektivliyi potensialının qiymətləndirilməsi üzrə tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Energetika Nazirliyində Azərbaycan Respublikasının Dövlət NeftŞirkəti (SOCAR), Heydər Əliyev adına Neft Emalı Zavodu, Qaz EmalıZavodu, SOCAR UNİPER MMC, "Azərenerji" ASC, "Azəristiliktəchizat"ASC, “Təmiz Şəhər” ASC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC,Ümid Babək Əməliyyat Şirkəti, “bp” şirkəti və “Şahdağ TurizmMərkəzi” QSC-nin nümayəndələrinin iştirakı ilə elektrik və istilikenerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlikpotensialının qiymətləndirilməsi ilə bağlı tədbir keçirilib.

Trend xəbər verir ki, görüşdəenerji resurslarından səmərəli istifadəyə yönəlmiş enerjieffektivliyi tədbirlərinin hazırlanması və icrasını təmin etmək,həmçinin qənaət oluna biləcək enerjinin miqdarınınmüəyyənləşdirilməsi üçün texniki cəhətdən mümkünlüyü və iqtisadibaxımdan əlverişliliyi nəzərə almaqla effektivlik potensialınınqiymətləndirilməsi və bu məqsədlə hesabatların müvafiq qaydadadoldurulması məsələləri müzakirə edilib.

Energetika nazirinin müavini Elnur Soltanov “Enerjiresurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”qanun və bu qanunun tətbiqi ilə bağlı enerji effektivliyininpotensialının qiymətləndirilməsi qaydalarının əhəmiyyəti barədədanışıb.

O, enerji qənaətinin ən böyük enerji mənbələrindən olduğunuvurğulayaraq, enerjidən səmərəli istifadənin ölkəmizin dayanıqlıinkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Bu baxımdan,enerji effektivliyinə dair hesabatların vacibliyi xüsusi qeydedilib.

Tədbirdə qiymətləndirmə qaydalarına bağlı meyarlar vəhesabatlarda yer alan məqamlar barədə ətraflı fikir mübadiləsiaparılıb, müvafiq tövsiyələr verilib.

Energetika
Energetika
Energetika
Məqalədə:
Избранный
30
7
az.trend.az

8Источники