RU

Keniyada turistləri daşıyan təyyarənin qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub

Keniya sahillərində baş verən təyyarə qəzasında 10 avropalı turist və yerli pilot həlak olub.

QHT.az xəbər verir ki, Keniya Mülki Aviasiya İdarəsinin məlumatına görə, Mombasa Air Safari şirkətinə məxsus təyyarə Diani kurortundan Maasai Mara oyun parkına uçarkən yerli vaxtla saat 05:30-da qəzaya düşüb.

Qəzada səkkiz macar, iki alman və bir keniyalı pilot həyatını itirib. Rəsmilər qəzanın səbəbinin pis hava şəraiti ola biləcəyini bildiriblər.

 

R.İmanov

Избранный
34
qht.az

1Источники