RU

Yaponiyanı dünyada təmsil etmək hüququ qazanan azərbaycanlı alim “Vətən uzaqda deyil” proqramında

Bakı. Trend:

Dünya azərbaycanlılarının proqramı olan “Vətən uzaqda deyil”proqramının növbəti buraxılışı Yaponiyada çəkilib və veriliş buölkənin məşhur azərbaycanlı alimi Xəlil Kələntərə həsr edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Xəlil Kələntər40 ildən çoxdur ki, Yaponiyada yaşayır.

O, təhsilini Yaponiyanın Toyohaşi Texnologiya Universiteti,Nagoya Universiteti və Tohoku Universitetlərində alıb. Soydaşımızilk elmi dərəcəsini Toyohaşi Texnologiya Universitetində, ikincielmi dərəcəsini isə Tohoku Universitetində alıb.

Yaponiya vətəndaşı olan professor Xəlil Kələntər dünyada ilkdəfə işıqla yönləndirilən mikro-reflektorlu və mikro-deflektorluoptik lövhələrin müəllifidir. LCD işıqlandırılmasında istifadəolunan işıq şüaları üçün 2007-ci ilin mayında kəşf etdiyi yenioptik-dizayn metoduna görə xüsusi mükafata layiq görülüb.Soydaşımız hazırda dünyaca məşhur şirkətlərin birində baştədqiqatçıdır.

Yalnız Yaponiyada deyil, Amerika, Asiya və Avropada elektronika,yeni nəsil displey ekranlar sahəsində qabaqcıl mütəxəssis kimitanınan Xəlil Kələntərə bu sahələrdə apardığı geniş tədqiqatlaragörə beynəlxalq konfranslarda Yaponiyanı təmsil etmək hüququverilib.

Xəlil Kələntərə həsr olunan veriliş Diaspor TV-də və İctimaiTV-də yayımlanıb. Xatırladaq ki, “Vətən uzaqda deyil” verilişiDiasporla İş üzrə Dövlət Komitəsinin rəsmi Youtube kanalı DiasporTV ilə İctimai TV-nin ortaq layihəsidir və artıq 8 ildir ki,İctimai TV-də də yayımlanır.

Verilişi aşağıdakı linkə daxil olaraq izləmək olar:

https://www.youtube.com/watch?v=waPwvIurt8M

Избранный
21
4
az.trend.az

5Источники