ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Vaşinqton, 28 oktyabr, AZƏRTAC
ABŞ ordusu Sakit okeanın şərqində narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən 4 gəmiyə zərbə endirib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ-ın müharibə katibi Pit Heqset açıqlama verib.
O bildirib ki, zərbələr zamanı 14 nəfər öldürülüb, bir nəfər sağ qalıb. Hücum beynəlxalq sularda baş verib və hadisə zamanı ABŞ qüvvələri zərər görməyib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.