RU

"Gənclərbirliyi"ndə baş məşqçi dəyişikliyi baş verdi

Türkiyə Superliqasının təmsilçisi “Gənclərbirliyi” baş məşqçisi Hüseyn Eroğlu ilə əməkdaşlığa son qoyub.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.

Paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Aykut Çakmaklı yerli mediaya açıqlamasında bildirib ki, komandanı bundan sonra Volkan Dəmirəl çalışdıracaq.

Qeyd edək ki, Ankara təmsilçisi “Gənclərbirliyi” Superliqada keçirdiyi oyunlardan sonra 8 xalla turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.

Избранный
61
90deqiqe.az

1Источники