RU

Gələn ilə səyahət etmək üçün 25 unikal məkanın siyahısı məlum olub

Bakı. Trend:

Nüfuzlu səyahət bələdçisi “Lonely Planet” gələn il ziyarətediləcək 25 unikal məkanın siyahısını ehtiva edən “Səyahət üçün ənyaxşılar - 2026” kitabını nəşr edib.

Trend xarici KİV-lərəistinadən xəbər verir ki, kitabda yeni “Lonely Planet Journeys”səyahət planlaşdırma xidmətindən istifadə edilərək yaradılan unikalmarşrutlar toplusu da yer alır.

San-Paulodakı Liberdade məhəlləsi siyahıda birinci yeri tutub.Braziliyada Yaponiyadan kənarda yerləşən ən böyük yapon icması var.Həmçinin bu məhəllə Tokiodan kənarda ən yaxşı ramenlərdənbəzilərinə sahib olması ilə də tanınır.

Növbəti populyar məkan Meksikanın Mexiko şəhəridir. Bugenvilleailə örtülmüş Coyoacán, La Roma və La Condesa məhəllələri bu il“Lonely Planet”dən yüksək qiymət alıb.

Səyahət istiqamətləri siyahısına Şimali Dakota və Men ştatındakı(ABŞ) Teodor Ruzvelt Milli Parkı da daxildir.

İrlandiyanın Tipperari şəhəri əsl gizli xəzinədir. Tipperarihəqiqətən də ən gözəl və tayı-bərabəri olmayan avtomobilyollarından birinə malikdir.

Asiyada Phuket adası ən çox romantik ab-havası ilə tanınır. BuTailand kurortunun çimərlikləri, cəngəllikləri və sərin sahil həyattərzi səyahətçiləri valeh edir.

Siyahıya Botsvana, Peru, Cənubi Koreya, Avstraliya, İspaniya,İtaliya, Tunis, Karib dənizi, Solomon adaları, Qvatemala,Şri-Lanka, Tacikistan və Özbəkistanın görməli yerləri dədaxildir.

Məqalədə:
Избранный
13
4
az.trend.az

5Источники