RU

Azərbaycan nümayəndə heyəti Avropa Landşaft Konvensiyasının 25 illik yubileyində iştirak edib

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan nümayəndə heyəti Avropa Landşaft Konvensiyasının 25 illik yubileyində iştirak edib.

Gununsesi.info xəbər verir ki, konfransda Azərbaycanı ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyevanın rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov təmsil edib.

İtaliyanın Florensiya şəhərində keçirilən, Avropa Şurasının 41 üzvünün tərəf çıxdığı konfransda açılış nitqini İtaliyanın mədəniyyət naziri Alessandro Giuli söyləyib. O, təbii landşaftların qorunması, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, yeni proqram və təşəbbüslərin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Konfransda çıxış edən U.Tağıyeva ölkəmizdə uğurla keçirilmiş COP29 konfransının nəticələrinin landşaftların qorunması və davamlı inkişaf baxımından əhəmiyyətini vurğulayıb.

Nazir müavini, həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan ekoloji bərpa işləri, yaşıllıqların artırılması, torpaqlardan dayanıqlı istifadə və digər ekoloji layihələr barədə məlumat verib, 2026-cı ildə Bakıda keçiriləcək Dünya Ətraf Mühit Gününə və Ümumdünya Şəhərsalma Forumuna hazırlıqların uğurla aparıldığını diqqətə çatdırıb.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
60
icma.az

1Источники