RU

AQTA ət kəsim prosesinə nəzarət edə bilmir – Cərimələr ciddi narazılıq yaradıb

Son günlər ət bazarında yaranan süni qiymət artımı, qəssablara qarşı aparılan cərimə siyasəti və bunun fonunda yaranan qalmaqallı müzakirələr Azərbaycan Qida Təminatı Agentliyinin fəaliyyətini ciddi tənqid hədəfinə çevirib. Bu tənqidlərə baxmayaraq, AQTA rəhbərliyinin tapşırığı ilə reydlər və cərimələnmə prosessi davam edir.

əslində ortada ciddi suallar var və AQTA şefi bu halları gözməzdən gəlir. Bir neçə il əvvələ ekskursiya etmək yetərlidir ki, AQTA rəhbərinin fəaliyyətinin qənaətbəxş olmadığı ortaya çıxacaq.

Xatırlatyırsızsa, 2018-ci ildən ət kəsimnin dükanlarda kəsilməsi qadağan edildi, yeni sistem quruldu, böyük məbləğdə vəsait xərclənərək ət kəsim yerləri yaradıldığı deyildi. Bundan sonra tələb qoyuldu ki, bütün heyvanlar ət kəsim məntqələrində kəsiləcək, yoxlanılacaq və möhürlənərək satış üçün ət dükanlarına aparılacaq.

2018-ci ildən 7 il keçib və AQTA bu prosessi tamamilə həll edə bilməyib. Rəsmi qurumun nə deməsindən asılı olmayaraq, cəmiyyət bu prosessin necə aparıldığını yaxşı görür. AQTA rəhbəri Qoşqar Təhməzli hansısa hesabatlarında, yuxarı dairələr qarşısındakı çıxışlarında ət kəsim sexləri ilə bağlı ağız dolusu danışa bilər, amma xalq buna inanmır. Çünki, insanlar heyvanların hansı ərazidə kəsildiyini əla görür.

Bu gün Bakı şəhərində bəlkə də 10 mindən artıq ət dükanı fəaliyyət göstərir. Hər rayonda azı 200 ət dükanı var. Gəlin insanlar arasında sorğu keçirək, bir gün xəbərdarlıqsız reyd edək, görək neçə ət dükanı kəsim məntəqəsində ət kəsdirir.

Hamı yaxşı bilir ki, AQTA-nın ərazi üzrə nümayəndələri ət dükanları ilə razılıq formasında çalışır. Bu faktlar otən videolarda da ət satıcıları tərfindən təsdiqləndi. AQTA əməkdaşları hər ət dükanından 30-40 manat aylıq almaqla kəsimin dükanda aparılmasına icazə verir, ət möhürsüz yoxlanmadan satılır. Əslində dükan sahiblərini qınamaq da mümkün deyil. İndiki qiymətlər satıcılara sərf etmir. Heyvanı al, apar kəsim sexinə, orda ödəniş edib kəsdir, sonra keyfiyyət möhürü üçün pul ver, daha sonra xərc çək dükana gətir.
Əslində vacib və lazımlı prosesdir. Amma gərək AQTA bu işləri sürətli və sahibkarı incitmədən həll etsin. Bölgələrdə isə ümumiyyətlə, bu barədə danışmaq mümkün deyil. Azərbaycanın bölgələrində heç bir qəssab ət kəsimlərini məntəqələrdə etmir. Aylıq haqq verməklə məsələ bitir.

Elə isə maraqlı sual yaranır, AQTA bu işi bu illər ərzində niyə formalaşdıra bilməyib? Səbəb nədir?

Qurumun rəsmiləri aylarla ərazini gəzmir, ət dükanlarının vəziyyəti ilə maraqlanmır və günün birində gəlib hansısa bəhanə ilə cərimə yazıb gedirlər. Bəli, onların cərimə yazması üçün bəhanəsi çoxdur və bu bəhanəni məhz özləri yaradırlar. Yəni, AQTA elə bir sistem qurub ki, alan da razı, satan da razı. Əl əli yuyur, əl də üzü…

Amma bəzən də əksinə olur, hər ay üzü yuyan əli, qurum kəsməyə məcbur olur, bu zaman da narazılıq baş verir. Qəssabların çoxu səsini çıxara bilmir, vəziyyətin sakitləşməsini gözləyir. Çünki, səsin çıxaran, “aylıq haqq veririk” deyən qəssab gərək ət kəsimi ilə vidalaşsın. Cərimə böyük, avadanlıqların məcburən məhv edilməsi və sair kimi hallar isə narazılıq yaradır. Qaldı ki, ətin qiymətinin qalxmasına, bunun da hansısa AQTA-ya məxsus səbəbləri var. Onu isə, dəqiqliyi ilə Qorxmaz Təhməzli bilir.

/Bizixmeber.org/

Избранный
44
editor.az

1Источники