BAKI, 28 oktyabr. TELEQRAF
ABŞ Senatında hökuməti maliyyələşdirmək üçün (şatdaun) Respublikaçılar Partiyasının irəli sürdüyü layihə üzrə 13-cü səsvermə uğursuz olub.
Teleqraf xəbər verir ki, layihə 54 lehinə və 45 əleyhinə səs toplayaraq, 60 səslik baryeri keçməyib.
Layihə noyabrın 21-nə kimi maliyyələşməni nəzərdə tuturdu.
ABŞ-da şatdaun 27 gündür davam edir. Bu, ABŞ tarixində ikinci ən uzun şatdaundur.