RU

“Barselona”nın sabiq prezidenti Karvaxalı sərt tənqid edib - “Kimdir o ümumiyyətlə?”

“Barselona”nın keçmiş prezidenti Joan Qaspar “Real Madrid”in kapitanı Dani Karvaxal ilə Lamin Yamal arasında yaşanan gərginliklə bağlı sərt açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, “Sport.es” nəşri funksionerin dediklərini belə çatdırıb.

“Kimdir o Karvaxal? O, vaxtilə yaxşı oyunçu idi, amma artıq hər şey bitib. Lamine niyə ona zəng etməlidir ki? Axı dedikləri sözlər onun ünvanına yönəlməmişdi.”

Xatırladaq ki, daha əvvəl Lamin Yamal “Real Madrid”i “fırıldaqçılıqda və daim şikayət etməkdə” ittiham etmişdi. “El Klasiko”dan sonra Karvaxal qələbədən dərhal sonra “Barselona” oyunçusuna əl jesti ilə “sus” mesajı göndərmişdi.

Bundan sonra futbolçular sosial şəbəkələrdə bir-birini izləmədən çıxarıblar.

Избранный
33
90deqiqe.az

1Источники