İyun ayında Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad edilən general-polkovnik Bəylər Eyyubovun Prezident Katibliyinin rəisi təyin olunması xəbəri təsdiqlənib. Artıq Azərbaycan Prezidentinin rəsmi saytında bu barədə məlumat yer alıb.
Bəylər Eyyubov burada Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi vəzifəsini daşıdığı qeyd olunub.
Prezidenti Katibliyinin rəisinin hansı vəzifələr daşıdığı, əsas səlahiyyətlərinin nələr olduğu hələlik məlum deyil.
"Bakuinfo" xəbər verir ki, Modern.az-ın məlumatına görə, bu vəzifə əvvəllər də Prezident Administrasiyasının sturuktunda mövcud olub.
1993-1999-cu illərdə Prezident Katibliyinin rəisi Eldar Namazov tutub. Onu bu vəzifəyə Ümumilli Lider Heydər Əliyev təyin etmişdi.
Eldar Namazov, həmçinin Prezidentin xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə köməkçisi vəzifəsini daşıyırdı.
O, vəzifədən ayrıldıqdan sonra ictimai-siyasi fəaliyyətini davam etdirib.