RU

FİA Formula-1 komandalarının maliyyə sənədlərini yoxlayıb

Beynəlxalq Avtomobil Federasiyası (FİA) 2024-cü il üçün Formula-1 komandaları və güc qurğusu istehsalçılarının maliyyə sənədlərini yoxlayıb.

90deqiqe.Az xəbər verir ki, nəticələrə görə, 9 komandada maliyyə qaydalarının pozuntusu aşkar edilməyib. AMR GP Ltd ("Aston Martin") isə prosedur pozuntusu ilə üzləşib, lakin xərclər limiti aşılmayıb.

FİA qeyd edir ki, pozuntu kiçik xarakter daşıyıb və komandadan asılı olmayan səbəblərdən yaranıb. 29 sentyabr 2025-ci il tarixində məsələ razılaşma yolu ilə həll olunub.

Bütün beş güc qurğusu istehsalçısı isə maliyyə qaydalarını pozmayıb.

FİA açıqlayıb:

“Bu yoxlama prosesi xüsusilə mürəkkəb idi və yeddi ay çəkdi, çünki komandaların və istehsalçıların həm maliyyə, həm də texniki fəaliyyəti qiymətləndirilməli idi. Bütün tərəflər prosesi vicdanla və əməkdaşlıq şəraitində keçirdi.”

Maliyyə qaydaları Formula-1-də 2021-ci ildən qüvvədədir, məqsəd xərcləri məhdudlaşdırmaq və çempionatın rəqabətini artırmaqdır. Güc qurğusu istehsalçıları üçün oxşar qaydalar isə 2023-cü mövsümdən tətbiq olunub.

Избранный
36
90deqiqe.az

1Источники