RU

2-ci Liqa komandasının əlindən sonda qurtulan "İmişli"nin baş məşqçisi nə danışdı?

“İmişli”nin baş məşqçisi Jorje Kaşkilya Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində 2-ci Liqa komandası “Qaradağ Lökbatan”la dramatik oyundan (3:2) sonra klubun mətbuat xidmətinə açıqlama verib

Fanat.Az-ın məlumatına görə, 90+6-cı dəqiqədə vurulan qələbə qoluna sevinən portuqaliyalı belə danışıb

“Bu, əsl kubok oyunu idi. Komandamız matça yaxşı başladı və oyunun əvvəllərində iki real qol vəziyyəti yaratdı. Rəqib isə çox şübhəli penalti qərarından sonra hesabı açdı. Bu epizod komandada müəyyən gərginlik yaratdı və bir müddət təmkinimizi qorumağa çətinlik çəkdik. Fasiləyə qədər hesabı bərabərləşdirməyə çalışsaq da, alınmadı. İkinci hissədə etdiyimiz dəyişikliklər oyuna yeni nəfəs gətirdi. Bir müddət sanki top rəqib qapısına daxil olmaq istəmirdi. Buna baxmayaraq, sona qədər mübarizə apardıq və qalib gələrək növbəti mərhələyə vəsiqə qazandıq”.

Избранный
38
2
fanat.az

3Источники