Səudiyyə Ərəbistanı öz ambisiyalarının miqyası ilə dünyanı bir daha heyrətləndirir!
Publika.az xəbər verir ki, ölkə dünyanın ilk “səma stadionunu” – yerdən yüksəkdə yerləşən arenanı tikməyi planlaşdırır.
“NEOM Stadium” adlı layihənin videosu sosial mediada böyük səs-küyə səbəb olub.
İlkin məlumatlara görə, stadion təxminən 46 min tamaşaçı tutumuna malik olacaq və 350 metr hündürlüyə qalxacaq.
İnnovativ arena Səudiyyə Ərəbistanının DÇ-2034 üçün həyata keçirdiyi möhtəşəm NEOM meqalayihəsinin bir hissəsi olacaq. Əvvəllər təklif olunan layihələr arasında 15 ultra müasir stadion, o cümlədən 92.000 nəfərlik nəhəng “Kral Salman” stadionu var idi.
 
                        