RU

Donald Tramp dünyanın ən güclü ordusunu elan etdi

ABŞ prezidenti Donald Tramp Amerika ordusunu dünyanın ən güclü ordusu adlandırıb və onun daha da güclənəcəyinə əminliyini bildirib.

Bəyanat Yaponiyadakı Yokosuka dəniz bazasında prezidentin USS Corc Vaşinqtonda çıxış etdiyi yerdə verilib.
Trampın sözlərinə görə, ABŞ “tarixin ən güclü silahlı qüvvələrinə” malikdir və dünyanın heç bir ölkəsində oxşar qüvvə yoxdur.

ABŞ prezidenti həmçinin Hərbi Dəniz Qüvvələrini xüsusi qeyd etdi. O, əmindir ki, bu gün heç bir potensial düşmən Amerika Hərbi Dəniz Qüvvələrini “təhdid etməyi ağlına belə gətirməz”.

//Samir Qurbanov, Editor.az

Избранный
48
editor.az

1Источники