RU

Naxçıvanda avtomobil məktəblini vurub

Naxçıvan şəhərində məktəblinin avtomobil tərəfindən vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. 74-BA-017 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil piyada zolağında hərəkətdə olan Kəngərli rayonunun Xok kənd sakini, 2010-cu il təvəllüdlü Həsənli Aydan Elşən qızını vurub.

Xəsarət alan 15 yaşlı qız Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Избранный
61
8
demokrat.az

10Источники