Türkiyə Futbol Federasiyasının (TFF) Hakimlər Komitəsinin sədri Ferhat Gündoğdu bir platformada mərc hesabının olduğunu etiraf edib.

Offsideplus.az xəbər verir ki, Gündoğdu buna bəhanə gətirməyi də unutmayıb.

O, bildirib ki, həmin hesabı 2008–2012-ci illər arasında yalnız oyunları izləmək məqsədilə istifadə edib.