BAKI, 29 oktyabr. TELEQRAF
Şimali Koreya (KXDR) Sarı Dənizdə strateji qanadlı raketin sınaq buraxılışını həyata keçirib.
Teleqraf xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, 28 oktyabr tarixində sınaq Raket Quruculuğu Baş İdarəsi tərəfindən keçirilib və KXDR Əmək Partiyası Mərkəzi Komitəsinin katibi Pak Çon Çxon müşahidə edib.
Xatırladaq ki, KXDR sonuncu dəfə sınaqlarını 22 oktyabr tarixində aparmış, həmin vaxt iki yeni hipersəs qanadlı aparatını buraxaraq müdafiə potensialının artırılması proqramını davam etdirmişdi.
 
                        