RU

Tramp: Si Cinpinlə görüşdən sonra Çin mallarına rüsumları azalda bilərik

BAKI, 29 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşdən sonra bu ölkədən idxal olunan mallara tətbiq edilən əlavə gömrük rüsumlarını azaltmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ lideri Yaponiyadan Koreya Respublikasına uçuş zamanı jurnalistlərə açıqlamasında bildirib.

Tramp qeyd edib ki, rüsumların azaldılması fentanil qaçaqmalçılığı ilə bağlı vəziyyətin yaxşılaşmasına kömək edə bilər.

“Mən rüsumların azaldılacağını gözləyirəm, çünki bunun fentanil problemi ilə bağlı vəziyyətə yardım edəcəyinə inanıram”, - o vurğulayıb.

ABŞ və Çin liderlərinin görüşü oktyabrın 30-da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində Cənubi Koreyada keçiriləcək.

Избранный
56
teleqraf.com

1Источники