RU

Milli Observatoriyada QHT nümayəndələri üçün infotur təşkil olunub - FOTOLAR

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, o cümlədən Nazirlik yanında İctimai şuranın üzvləri üçün infotur təşkil edib.

Tədbirin məqsədi korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən QHT-lərlə əməkdaşlığı dərinləşdirmək və Milli Observatoriyanın kadr və təlim şəffaflığı üzrə fəaliyyəti ilə onları tanış etmək olub.

QHT.az xəbər verir ki, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan müxtəlif qurumların fəaliyyəti ilə yaxından tanışdır və 2018-ci ildən həyata keçirilən islahatları ardıcıl şəkildə izləyir. QHT sədri qeyd edib ki, bu dəfə ilk dəfə olaraq Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın fəaliyyəti ilə yaxından tanış olub:

"Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, o cümlədən Nazirlik yanında İctimai Şuranın üzvləri üçün təşkil olunan infotur çərçivəsində qurumun işi yerində izlənilib. Bənzətmə kimi desək, Milli Observatoriya sosial islahatların davamlı və keyfiyyətli icrası üçün bir növ nəzəri baza və monitorinq funksiyasını daşıyır. Burada proseslər çoxmərhələli şəkildə izlənilir, araşdırılır və qiymətləndirilir. Nəzarət mexanizmlərinin mövcudluğu da bunun göstəricisidir".

Cəsarət Hüseynzadə həmçinin nazirliyin şəffaflıq və ictimai iştirakçılıq sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına diqqətini təqdirəlayiq hesab edib:

“Görüş zamanı QHT-lərlə açıq dialoq və müzakirə mühitinin formalaşmasını hər iki tərəf üçün faydalı hesab edirəm. Cəmiyyətimiz o zaman güclü olur ki, dialoq mühiti mövcuddur və bu mühitdə vətəndaş cəmiyyətinin rolu hər zaman vacibdir.”

Sonda Cəsarət Hüseynzadə dəvət üçün təşəkkürünü bildirib.

 

Pərvanə Fərhadqızı

 

Избранный
20
qht.az

1Источники