RU

İtaliyalı heykəltəraş Cüzeppe Kartanın gənc rəssamlara ustad dərsi olacaq

Bakı. Trend:

Noyabrın 1-də “Bakıya Uçuş. İncəsənət həftəsonu. GələcəyimiziİNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”)layihəsinin maraq doğuran təqdimatlarından biri də tanınmışitaliyalı rəssam və heykəltaraş Cüzeppe Karta ilə görüş olacaq.

Trend xəbərverir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçiriləcəkustad dərsində əvvəlcədən qeydiyyatdan keçən gənc tədqiqatçılar,tələbələr, Cüzeppe Karta yaradıcılığına həvəs göstərənlər iştirakedəcək.

Mühazirə “Cüzeppe Kartanın yaradıcılığının əsas istiqamətləri”mövzusunu əhatə edəcək. Rəssam yaradıcılığı, emalatxanada gördüyüişlər, əsərlərinin yaradılması texnologiyası, prinsipləri barədəauditoriyaya geniş məlumat verəcək. Müəllif həm də beynəlxalq sərgilayihələrindən söz açacaq.

Xatırladaq ki, hazırda Cüzeppe Kartanın Heydər Əliyev Mərkəzində“Təbiətin nemətləri” (“Gifts of nature”) adlı fərdi ekspozisiyasıda sərgilənir. Sərgidə böyük meyvə və tərəvəz heykəlləri nümayişolunur. Müəllif bu əsərlərin bir qismini məhz Heydər ƏliyevMərkəzindəki sərgisi üçün yaradıb və onlar ictimaiyyətə ilk dəfəBakıda təqdim edilir.

Избранный
23
4
az.trend.az

5Источники