RU

Türkmənistan Prezidenti: Türkiyə ilə münasibətlərə böyük önəm veririk

BAKI, 29 oktyabr. TELEQRAF

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Respublika günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

Teleqraf xəbər verir ki, məktubda iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olduğu, Türkiyənin siyasət, iqtisadiyyat və sosial sahədəki uğurları qeyd olunub.

Dövlət başçısı Türkmənistanın Türkiyə ilə qardaşlıq münasibətlərinə böyük önəm verdiyini və onların hər iki ölkə xalqlarının mənafelərinə uyğun olaraq daha da inkişaf etdirilməsini səbirsizliklə gözlədiyini vurğulayıb.

Sərdar Berdiməhəmmədov Rəcəb Tayyib Ərdoğana cansağlığı və uğurlar, Türkiyə xalqına isə sülh və firavanlıq arzulayıb.

Избранный
20
teleqraf.com

1Источники