RU

“Abşeron Lions” “Neftçi” ilə üz-üzə - FIBA Avropa Kuboku

FIBA Avropa Kubokunun əsas mərhələsinin A qrupunda Azərbaycan komandaları üz-üzə gələcək.

"Football-plus.az" xəbər verir ki, A qrupunda yer alan “Abşeron Lions” bu gün “Neftçi” ilə qarşılaşacaq. Görüş Bakı İdman Sarayında, saat 19.00-da start götürəcək.

Xatırladaq ki, “Abşeron Lions” qrupda keçirdiyi ilk iki görüşdə Polşa təsmilçisi “Trefl”ə (96:99) və Estoniyanın “Kalev” komandasına (85:93) məğlub olub. “Neftçi” isə Estoniya təmsilçisini (95:84) məğlub edib, Polşa klubuna (63:92) uduzub.

Избранный
22
6
football-plus.az

6Источники