Bakı. Trend:
Rusiyanın Kamçatka bölgəsində güclü zəlzələ olub.
Trend-in xəbərinəgörə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytındaməlumat verilib.
Zəlzələnin 4.8 bal gücündə olduğu bildirilir. Bölgədə yeraltıtəkanlar Bakı vaxtı ilə 06:17-də qeydə alınıb.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan 148 kilometrcənub-şərqdə yerləşib, yeraltı ocağı isə 40 kilometr dərinlikdəolub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.