RU

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan dünyada tərəqqi yönümlü ölkə kimi tanınıb – Senat sədri

Prezident İlham Əliyevin liderliyi ilə ölkədə konstitusiyalı nizam, milli birlik, kimlik, sadiqlik formalaşıb və Azərbaycan dünyada tərəqqi yönümlü ölkə kimi tanınıb.

Olaylar.az xəbər verir ki, bunu Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunan "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.

O bildirib ki, 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi ölkənin milli dəyərlərə sadiqliyini nümayiş etdirir.

Pakistan rəsmisi vurğulayıb ki, suverenlik hər zaman bütün xalqların taleyini və müqəddəratını həll edib, onların azad olmasına imkan yaradıb.

"Sonda onu da qeyd edim ki, biz - Azərbaycan, Türkiyə və Pakistan üç dövlət, bir millətik", - deyə Senat sədri əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
12
2
olaylar.az

3Источники