
Pendirlə kartofun möhtəşəm birləşməsi! Qızarmış, ətirli bilinçiklər süfrənizə fərq qatacaq!Ərzaqlar:- 6 ədəd kartof - 1 ədəd yumurta - 2 stəkan un - 1 paket qabartma tozu - 300 qr holland pendiri - Zövqə görə doğranmış keşniş və şüyüd - Duz Hazırlanması: 1. Kartofları bişirib əzin. 2. Holland pendirini sürtgəcdən keçirin. 3. Doğranmış göyərtiləri əlavə edin. 4. Un, qabartma tozu və yumurtanı qatıb, yumuşaq xəmir yoğurun. 5. Kündələrə ayırın, yayın və hər iki üzünü tavada qızardın. 6. Üzərinə kərə yağı çəkib, bilinçikləri üst-üstə yığın.Reseptlərinizi [email protected] ünvanına göndərin – dadlı sirləriniz Ulusum.az saytında yayımlansın!Ulusum.az
Diqqət Çəkənlər
Toyuq ürəyi və tərəvəzli qarabaşaq yarması
Yorğunluğun Gizli Səbəbləri: Susuzluq, Dəmir Əskikliyi və Səhər Yeməyi
Yerkökü və bolqar bibəri ilə teriyaki sousunda toyuq