RU

Sauth Vong Bakıda beynəlxalq konfransda Kamboca və Tailand arasında sülhə görə Trampa təşəkkür edib

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Kamboca Milli Assambleyasının ikinci vitse-prezidenti Sauth Vong bu gün Milli Məclisdə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında Tailand və Kamboca arasında savaş və əldə olunan sülhdən danışıb.

APA xəbər verir ki, Kamboca Milli Assambleyasının ikinci vitse-prezidenti sülhün önəmini vurğulayıb.

Sauth Vong oktyabrın 26-da Tailandın və Kambocanın baş nazirləri Anutxin Çanvirakun və Hun Manetin ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Kuala-Lumpurda keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının sammiti çərçivəsində “sülh sazişi”ni imzaladığını xatırladıb və sülhün əldə edilməsi üçün səylərinə görə Donald Trampa təşəkkür edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
3
apa.az

4Источники