RU

Sosial mediada 30 dəqiqədən artıq olmaq...

Almaniyada aparılan bir araşdırma, sosial mediadan istifadənin gündə 30 dəqiqədən artıq olmamasının psixi sağlamlığı və işdən məmnunluğu əhəmiyyətli dərəcədə yaxşılaşdıracağını sübut edib.

Publika.az xəbər verir ki, Ruhr Universiteti və Almaniya Psixi Sağlamlıq Mərkəzi tərəfindən aparılan araşdırmada sosial medianın psixi sağlamlığa və iş performansına təsiri araşdırılıb.

“Davranış və İnformasiya Texnologiyaları” jurnalında dərc olunan məlumata görə, 166 iştirakçı 2 qrupa bölünüb.
Tədqiqatdan əvvəl qruplar arasında iş yükü, işdən məmnunluq, işlərinə bağlılıq, psixi sağlamlıq, stress səviyyəsi, işdən çıxarılma qorxusu kimi mövzularda sorğu keçirilib.

Araşdırmanın müəlliflərindən biri olan Ruhr Universitetinin dosenti. Julia Brailovskaia araşdırmanın nəticəsini belə izah edib:

“Beynimiz daimi diqqəti yayındıran amillərin, xüsusən də diqqətimizi tapşırıqdan başqa yerə çəkənlərin öhdəsindən gəlmək üçün mübarizə aparır. Sosial medianı yoxlamaq üçün işini daim yarımçıq saxlayan insanlar daha çətin anlar yaşayırlar”.

Избранный
424
1
publika.az

10Источники