RU

Vaşinqton Pekinə öz şərtlərini açıqlayıb

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The Wall Street Journal (WSJ)” nəşri belə məlumat yayıb.

“ABŞ prezidenti Donald Tramp və Çinin sədri Si Cinpin arasında oktyabrın 30-da müzakirə olunacaq böyük ticarət razılaşmalarına əsasən, Pekin fentanil istehsalında istifadə olunan kimyəvi maddələrin ixracını dayandırarsa, Birləşmiş Ştatlar bəzi tarifləri azaldacaq”,- qəzet yazır.

Nəşr qeyd edir ki, Çin bu cür materiallara ixrac nəzarətini gücləndirə bilər. Ağ Evin məlumatına görə, ABŞ, öz növbəsində, fentanil məsələsi səsəbindən tətbiq etdiyi 20%-lik tarifləri 10%-ə endirəcək.

NYT:“ABŞ və Çin müharibənin bir addımlığındadır”
Bununla belə, razılaşmalar dəyişə bilər. Onlar Tramp və Si Cinpin arasında keçiriləcək görüşün nəticəsindən asılı olacaq. Mümkün razılaşmanın təfərrüatları sonrakı məsləhətləşmələr zamanı müəyyən ediləcək.

- Əgər ABŞ belə tədbirlər görsə, Çin mallarına ümumi rüsum 55%-dən 45%-ə enəcək. Bununla belə, Vaşinqton Çinlə kompromisin nadir torpaq metallarına yeni ixrac nəzarətinin həyata keçirilməsini təxirə sala biləcəyini gözləyir”,- “WSJ” vurğulayır.

Mənbələr həmçinin ABŞ və Çinin bir-birinin gəmiləri üçün liman tariflərini azaldacağını ehtimal edirlər.

Xatırladaq ki, oktyabrın 23-də Amerika liderinin özü də Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti zamanı Çinin sədri ilə görüşə biləcəyini açıqlayıb. Donald Tramp Si Cinpinlə yalnız ikitərəfli münasibətləri yox, həm də Rusiya-Ukrayna münaqişəsini müzakirə edəcəyini vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az
Избранный
11
1
azvision.az

2Источники