RU

Gələn ay Bakıda Qlobal Gənclər Günü keçiriləcək


Noyabrın 16-da Bakıda Qlobal Gənclər Günü keçiriləcək. Bu barədə Kosmik Agentlik ("Azərkosmos") məlumat yayıb. Məlumata görə, tədbir noyabrın 17-28-də Azərbaycan paytaxtında keçiriləcək Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı 2025 (WTDC-25) çərçivəsində təşkil ediləcək.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov qeyd edib ki, Qlobal Gənclər Gününə gənc liderlər, sahibkarlar, influnserlər, mühəndislər, tələbələr qatılacaq: "Gənclər beynəlxalq tərəfdaşları ilə münasibət qura biləcəklər. Onların mövzuları rəqəmsal bacarıqlar, gender, iqlim dəyişikliyi, sahibkarlıq və gələcəyin peşələri kimi sahələri əhatə edəcək. Builki tədbirə 400-dən çox əcnəbi gəncin qatılması gözlənilir".

Mətləb

Избранный
30
1
baki-xeber.com

2Источники