Metbuat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Beşiktaş”ın təcrübəli baş məşqçisi Sərgən Yalçın karyerasının ən həyəcanlı dövrünü yaşayır. Bazar günü baş tutacaq “Beşiktaş” - “Fənərbaxça” derbisi məşhur fotbol adamının taleyini həll edəcək.
Metbuat.az xəbər verir ki, “qara qartallar” yeni sezonda Sərgənin rəhbərliyi altında 9 matça çıxıblar. Amma Yalçının yetirmələri mümkün 27 xalın 13-nü rəqibə “bağışlayıblar”. Bu uğursuzluq həm “Beşiktaş” azarkeşləri, həm də Türkiyənin futbol ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb.
Qeyd edək ki, “Beşiktaş” hazırda 17 xalla Türkiyə çempionatında 4-cı sırada qərarlaşıb. Lider “Qalatasaray”la arada 11 xal fərq var.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.