BAKI, 29 oktyabr. TELEQRAF
Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, burada İtaliyanın səfirliyi açılıb.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunmuş beynəlxalq parlament konfransında İtaliya Deputatlar Palatasının üzvü EucenioZoffili deyib.
O qeyd edib ki, bu və digər bu kimi məqamlar ölkələr arasındakı münasibətlərin çoxşaxəliliyinə əsas verir: “İtaliya Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşması istiqamətində atılan addımları yüksək qiymətləndirir”.