RU

Rəqibin qolunu "bəyənən" Mahir Emreli etirazlara səbəb oldu - FOTO

Almaniyanın “Kayzerslautern” klubunda işləri qaydasında getməyən Mahir Emreli yenidən gündəmə gəlib.

Sportal.az xəbər verir ki, son 6 matçda adı iştirak ərizəsinə salınmayan hücumçu komandasının ötən turda buraxdığı qolu “bəyənməklə” etirazlara səbəb olub. "Kayzerslautern" forvardın sabiq klubu "Nürnberq"lə 1:1 hesablı heç-heçə edib.

Mahir keçmiş komanda yoldaşı Robin Knoxun penaltidən vurduğu qolla bağlı paylaşımına "like" qoyub. Bununla azarkeşlərin etiraz hədəfinə çevrilən Azərbaycan millisinin üzvü sosial mediada tənqid edilib.

saytlarin hazirlanmasi

Избранный
26
1
sportal.az

2Источники