RU

Rusiya Putinlə Əliyev arasında Düşənbədə keçirilən görüşün nəticələrini yüksək qiymətləndirir - Kreml

“Moskva Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan dövlət başçısı İlham Əliyevin Düşənbədə keçirilən ikitərəfli görüşünün nəticələrini yüksək qiymətləndirir”.

Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.

Peskov jurnalistlərə Bakıda saxlanılan rusların azad edilməsi ilə bağlı Rusiya və Azərbaycan arasında hər hansı təmasların olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib:

"İlk növbədə, biz iki ölkə prezidentinin Düşənbədə keçirilən ikitərəfli görüşünün nəticələrini yüksək qiymətləndiririk. Bu, ikitərəfli münasibətlərimizin elə həmin səhifəsini birlikdə vərəqləməyimiz baxımından çox mühüm görüş idi", - deyə siyasətçi vurğulayıb.

Xatırladaq ki, Putin və İlham Əliyev oktyabrın 9-da Düşənbədə görüşüblər.

Daşqın HəsənovMissiya.Az

Избранный
32
missiya.az

1Источники