“Bakıda həbs edilmiş Rusiya vətəndaşlarının azad edilməsi ilə bağlı Azərbaycan tərəfi ilə həm yüksək, həm də işçi səviyyədə dialoq aparırıq”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Hazırda gərgin iş gedir. Prezident Putin bütün bu məsələləri qaldırıb. Dialoqumuzu davam etdiririk", - Peskov deyib."İki prezident arasında Düşənbədə baş tutan ikitərəfli görüşün nəticələrini yüksək qiymətləndiririk. Bu görüş bizim ikitərəfli münasibətlərimizdə səhifəni birlikdə çevirməyimiz baxımından çox mühüm görüş idi",-deyə Kremlin mətbuat katibi bildirib.
Xatırladaq ki, Bakıda saxlanılan Rusiya vətəndaşlarının həbs müddətini daha 3 ay uzadıb. Həmin şəxslər Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlar barəsində iyulun 1-də Səbail rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.