RU

Dövlət Neft Fondu yeni investisiya imkanlarını nəzərdən keçirir

Bakı. Trend:

Oktyabrın 27-28-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun(ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyinümayəndə heyətinin Səudiyyə Ərəbistanına işgüzar səfəri həyatakeçirilib. Səfərin əsas məqsədi Fondun beynəlxalq tərəfdaşlarlaəməkdaşlığının genişləndirilməsi, qlobal maliyyə tendensiyalarınıntəhlili və yeni investisiya imkanlarının dəyərləndirilməsiolub.

Bu barədə Trend ARDNF-yə istinadən xəbər verir.

Səfər çərçivəsində nümayəndə heyəti “The Arab Energy Fund”,“Starwood Capital Group”, “Gulf Islamic Investments”,“Investindustrial”, “Warburg Pincus”, “Luma Group”, “CVC CapitalPartners”, “Franklin Templeton”, “Brookfield Asset Management”,“BTG Pactual”, “China Investment Corporation” və “FSI (FondoStrategico Italiano)” kimi aparıcı beynəlxalq investisiya vəmaliyyə qurumlarının rəhbərləri ilə görüşlər keçirib. Görüşlərzamanı əməkdaşlığın mövcud istiqamətləri nəzərdən keçirilib, birgəinvestisiya təşəbbüslərinin genişləndirilməsi, yeni bazarlardaiştirak imkanları, uzunmüddətli kapitalın idarə olunması və qlobaliqtisadi şəraitdə kapital axınlarının effektivliyinin artırılmasımüzakirə olunub. Həmçinin dayanıqlı və məsuliyyətli investisiyamodelləri, suveren sərvət fondlarının institusional kapitalbazarlarında rolu və beynəlxalq tərəfdaşlıq çərçivələrinintəkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Keçirilən görüşlərlə yanaşı, Azərbaycan Respublikası Dövlət NeftFondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədov 28 oktyabrtarixində Ər-Riyad şəhərində keçirilən “Future InvestmentInitiative 2025” (FII9) adlı beynəlxalq konfrans çərçivəsində “Yeniiqtisadi reallıqda suveren sərvət və institusional kapital”mövzusunda panel müzakirəsində çıxış edib. Müzakirələr suverensərvət fondları və institusional investorların qlobaliqtisadiyyatda artan rolu, kapital axınlarının dəyişən geosiyasişəraitdə effektiv idarə edilməsi, məsuliyyətli və dayanıqlımaliyyələşdirmə modellərinin formalaşdırılması kimi aktualməsələlərə həsr olunub.

Çıxışı zamanı İsrafil Məmmədov suveren sərvət fondlarının qlobalkapital bazarlarında strateji rolunu vurğulayaraq, ARDNF-nininvestisiya fəaliyyətində dayanıqlı idarəetmə, risklərin effektividarə olunması və uzunmüddətli dəyər yaratmağa əsaslananməsuliyyətli investisiya yanaşmasını diqqətə çatdırıb. O, həmçinin,Fondun investisiya strategiyasında texnoloji innovasiyaların vəenerji keçidi proseslərinin dəstəklənməsinin prioritet istiqamətolduğunu qeyd edib. İsrafil Məmmədov ilə yanaşı, panelin spikerlərisırasında həmçinin “The TCW Group, Inc.” şirkətinin Prezidenti vəBaş icraçı direktoru Keti Kox, “Liberty Strategic Capital”şirkətinin təsisçisi və baş tərəfdaşı, ABŞ-ın keçmiş Maliyyə naziriStiven T. Mnuçin, “China Investment Corporation” şirkətinin İcraçıvitse-prezidenti Şaoçin Jan və “The National” nəşriningeoiqtisadiyyat üzrə redaktoru Manas Krenni çıxış ediblər.

Избранный
48
az.trend.az

1Источники