RU

Mükəmməl makiyajın sirri

Mükəmməl makiyaj üçün hər zaman bahalı məhsullara və ya peşəkar makiyaj ustasına ehtiyac yoxdur.


Pravda.az bildirir ki, doğru texnikalar və üz formasına uyğun seçimlərlə hər qadın öz üzündə parlaq nəticələr əldə edə bilər.


Makiyajın əsas qaydası üz formasını tanımaqdır. Kontur və parladıcıların düzgün istifadəsi üz cizgilərini vurğulamağa, qeyri-bərabər sahələri balanslaşdırmağa kömək edir.


Mütəxəssislər qeyd edirlər ki, ideal üz forması adətən “oval” sayılır, lakin hər bir qadın öz xüsusiyyətlərinə uyğun olaraq fərdi makiyaj tərzi formalaşdırmalıdır.


Makiyajda qaş forması da üz ifadəsini tamamilə dəyişə bilər. Böyük gözlərdə çox incə, kiçik gözlərdə isə qalın qaşlar təbii görünüşü poza bilər. Qaş və göz arasındakı məsafə düzgün seçilmiş formanın əsas göstəricisidir.


Çox qadın üçün çətin sayılan göz layneri çəkmə prosesi isə əslində sadə bir texnika ilə asanlaşa bilər. Göz qapağının kənarına saç sancağı kimi bələdçi vasitə qoyaraq göz laynerini bərabər şəkildə çəkmək mümkündür.


Mükəmməl baxış üçün kirpiklər də vacibdir. Kirpikləri daha qıvrım göstərmək üçün makiyajdan əvvəl kirpik burucu istifadə edilməli, daha sonra maskara (kirpik üçün tuş) ilə qat-qat vurulmalıdır. Kiçik bir fəndlə, burucunu bir neçə saniyəlik fenlə isidib istifadə etmək daha uzunmüddətli nəticə verir.


Dodaqlar üçün isə parlaq və dolğun görünüş əldə etməyin sirri açıq rəngli tonlardan keçir. Dodağın ortasına açıq rəng qələm və ya parladıcı vurmaq, kənarları bir qədər tündləşdirmək onları daha dolğun göstərir.


Qeyd: Makiyaj hər qadının öz fərdiliyini ifadə etmə üsuludur. Dərinin tipi, üz forması və günün məqsədinə görə istifadə edilən məhsullar dəyişə bilər. Əsas qayda balansı qorumaq və təbii görünüşü itirməməkdir.


Əminə Bayramova 

Tarix: 29 Oktyabr 2025, 14:52   
Избранный
45
pravda.az

1Источники