RU

Bakıda beynəlxalq konfrans keçiriləcək

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə oktyabrın 31-də Azərbaycanda ilk dəfə Belçikanın müstəmləkə keçmişinə və onun hazırkı ağır fəsadlarına həsr olunan "Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət" adlı beynəlxalq konfrans keçiriləcək.

BTQ-dən Publika.az-a verilən məlumata görə, tədbirdə Belçikanın keçmiş müstəmləkələri – Konqo Demokratik Respublikası, Ruanda və Burundidən olan nümayəndələr, habelə diplomatlar və rəsmi şəxslər iştirak edəcək.

Ümumilikdə konfransa 8 ölkədən beynəlxalq hüquq üzrə ixtisaslaşmış mütəxəssilər, tarixçilər, tədqiqatçılar, vətəndaş cəmiyyəti fəalları, reparasiya məsələləri üzrə ekspertlər qatılacaq.

Konfransda Belçikanın Afrika qitəsində, xüsusilə Konqo Demokratik Respublikası, Ruanda və Burundi kimi keçmiş müstəmləkələrində yerli əhaliyə qarşı törətdiyi vəhşiliklər – etnik bölünmə siyasəti, kütləvi qətllər və mədəni mirasın talan edilməsi, o cümlədən Belçika müstəmləkəçiliyinin bu günə qədər davam edən ağır nəticələri müzakirə ediləcək.

Eyni zamanda Belçikanın müstəmləkə ərazilərində həyata keçirdiyi neokolonial siyasət nəticəsində adıçəkilən ölkələrin resurslarının hələ də istismar edilməsi, dəymiş ziyana görə bu xalqlara ödənməli olan kompensasiya tələbinin beynəlxalq müstəviyə daşınması və beynəlxalq təşkilatların gündəliyinə salınması ətrafında fikir mübadiləsi aparılacaq.

Избранный
24
19
publika.az

10Источники