Samsunun Ladik mahalına qubernator təyin olunan Tuğçe Orhan xarici görünüşü ilə gündəm yaradıb.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, "Barbi gəlinciyinə" bənzədilən xanımın görüntüsünü sosial mediada diqqət çəkib.
Bildirilir ki, 30 yaşlı Tuğçe bu vəzifəyə qədər Bolu ilinin Seben rayonunda qubernator olub.
Tuğçe Orhan 1995-ci ildə Elazığda anadan olub, 2017-ci ildə Fırat Universitetinin Siyasi Elm və Dövlət İdarəçiliyi fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tuğçe Orhan Daxili İşlər Nazirliyinin 110-cu Dövr Kaymakam Namizədliyi imtahanından uğurla keçərək 21 dekabr 2021-ci ildə Elazığ İlçe Qubernatoru Namizədi kimi karyerasına başlayıb.