RU

Avstriya ordusunun arsenalına 300 dən çox kəşfiyyat PUA sı daxil edilib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 29 oktyabr, AZƏRTAC

Avstriya Silahlı Qüvvələri silahlanmaya kəşfiyyat xarakterli 300-dən çox pilotsuz uçuş aparatını (PUA) daxil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Avstriyanın müdafiə naziri Klaudiya Tanner mətbuat konfransında bildirib. O, pilotsuz təyyarələrə qarşı müdafiə strategiyasının hazırlanmasının aktiv mərhələsinin başladığını elan edib.

“Biz artıq pilotsuz təyyarələrdən istifadə edirik, bu il, ilk növbədə, kəşfiyyat məqsədləri üçün nəzərdə tutulan 315 PUA xidmətə daxil edilib”, - deyən nazirin sözlərinə görə, 2026-cı ildə pilotsuz təyyarə parkının daha da genişlənməsi planlaşdırılır.

Tanner qanunvericiliyə müvafiq dəyişikliklər edilməsinin zəruriliyini əsas gətirərək, strategiya ilə bağlı konkret müddət açıqlamayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
27
2
azertag.az

3Источники