BAKI, 29 oktaybr. TELEQRAF
Oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları (Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankının ehtiyatları birlikdə) 81,1 milyard ABŞ dolları təşkil edib.
Teleqraf Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu göstərici ölkənin xarici dövlət borcunu təxminən 16,6 dəfə üstələyib.