RU

"Tarqovı"da fotoqraflar icazəsiz şəkil çəkə bilməzlər - Rəsmi

Ölkə.Az xəbər verir ki, yayılan məlumatlarda onun qanunsuz küçə ticarəti ilə məşğul olduğu, uca səslə söyüş söyərək polisə tabesizlik etdiyi bildirilib.

Səbail Rayon Məhkəməsi 24 yaşlı fotoqrafı xırda xuliqanlıq əməlində təqsirli bilərək ona 4 sutkalıq inzibati həbs verib.

Bu qərar “küçə fotoqraflığı ilə məşğul olanlar icazə almalıdırmı?” sualını aktuallaşdırıb.

Ölkə.Az mövzu ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə sual ünvanlayıb. Sorğumuza cavab olaraq Bakı şəhər Ticarət və Xidmət Departamentindən bildirilib ki, sözügedən məsələ ilə bağlı departament tərəfindən heç bir rəsmi icazə verilməyib.

Ölkə.Az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə küçə fotoqraflığı ilə məşğul olan bütün şəxslərin icazəsinin olub-olmaması barədə yoxlanışların keçirilməsini də sual edib.
Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli saytımıza bildirib ki, səyyar foto çəkilişlərin aparılmasına məhdudiyyət var:

“Buna səbəb həm vətəndaşların, həm də şəhərimizdə qonaq olan əcnəbilərin və turistlərin icazəsi olmadan çəkilişlərinin aparılması və onlardan bunun müqabilində müəyyən vəsait tələb olunması ilə bağlı daxil olan şikayətlərdir.  

Buna görə səyyar foto çəkilişi fəaliyyəti ilə məşğul olan şəxslərə tövsiyəmiz odur ki, orada şikayətə səbəb olan əməllərdən çəkinsinlər”.

Billurə Yunus

Избранный
16
1
olke.az

2Источники