RU

Almaniya müharibəyə hazırlaşır

Almaniyada məktəblərdə “müharibəyə hazırlıq” dərslərinin tədris proqramına daxil edilməsi təklifi müzakirələrə səbəb olub.

Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt şagirdlərin böhranlara hazır olmasını istəyərkən, müxalifət bu təklifin panikaya səbəb olduğunu iddia edib. Yaşıllar Partiyası isə bu təklifi dəstəkləyib.

"Cebheinfo.az" "Deutsche Welle"yə istinadən xəbər verir ki, dərslərdə müəllimlər uşaqlara müharibə vəziyyətində nə etməli olduqlarını izah edəcəklər. 

Aleksander Dobrindt Almaniyada çıxan nüfuzlu “Handelsblatt” gündəlik qəzetinə verdiyi açıqlamada bildirib ki, bir tədris ili ərzində yuxarı sinif şagirdləri ilə bir neçə dərs saatı ərzində mümkün təhdid ssenariləri və görülə biləcək tədbirlər müzakirə oluna bilər: “Uşaqlar ailələrinə məlumat daşıyan mühüm mənbələrdir”.

Nazir həmçinin hər evdə bir neçə günlük ərzaq ehtiyatı, fənər və mexaniki radio saxlamanın ağıllı hazırlıq olduğunu da əlavə edib.

Aleksander Dobrindtin təklifi Federal Məclisdə sərt mübahisələrə səbəb olub. Sol Partiyanın millət vəkili Nikol Qolke “Burada açıq şəkildə qorxu yayılır. Xüsusilə uşaqlar və gənclər üzərində panika yaratmaq qəbuledilməzdir” deyib.

AfD-dən olan millət vəkili Qottfrid Kurio isə naziri “müharibə təbliğatı” etməkdə ittiham edərək “Dobrindt yaxınlaşan müharibə ehtimalını qaçılmaz hala gətirmək istəyir. Müharibə atmosferini uşaqların yataqlarına qədər yaymağa çalışır” ifadəsini işlədib.

Избранный
49
cebheinfo.az

1Источники