RU

Azərbaycanda dövlət istiqrazları üzrə 4,6 milyard manat borc ödənilib

BAKI, 29 oktyabr. TELEQRAF

Bu ilin yanvar–sentyabr ayları ərzində dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən, daxili dövlət borcu üzrə faiz və diskont ödənişlərinin yerinə yetirilməsi üçün 449,9 milyon manat vəsait xərclənib.

Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə , 2025-ci ilin əvvəlindən etibarən dövlət istiqrazları üzrə orta ödəniş müddətinin uzadılması və təkrar maliyyələşdirmə risklərinin azaldılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində, dövlət istiqrazlarının vaxtı ötmüş hissəsinin daha uzunmüddətli istiqrazlarla əvəz edilməsi və bir sıra istiqrazların vaxtı çatdıqdan sonra təkrar maliyyələşdirilməsi nəticəsində 3 131,9 milyon manat məbləğində əsas borc ödənişləri həyata keçirilib.

Bununla yanaşı, cari ilin yanvar–sentyabr ayları ərzində 1 439,6 milyon manat məbləğində əsas borc ödənişləri dövlət büdcəsinin və “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin təminat fondu”nun vəsaitləri hesabına investorlara geri ödənilib.

Beləliklə, cari ilin yanvar–sentyabr ayları ərzində dövlət istiqrazları üzrə ümumilikdə 4 571,5 milyon manat məbləğində əsas borc ödənişləri həyata keçirilib.

Избранный
67
2
teleqraf.com

4Источники