Əfsanəvi yapon suşi aşpazı Dziro Ono 100 yaşını qeyd edib və uzunömürlülüyün sadə sirrini açıb.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Ono 27 oktyabr 1925-ci ildə Hamamatsu şəhərində anadan olub və yeddi yaşında otel restoranında suşi hazırlamağı öyrənməyə başlayıb. 25 yaşında Tokioya köçüb və orada 15 il suşi aşpazı kimi çalışıb. 1965-ci ildə özünün "Sukiyabaşı Dziro" adlı restoranını açıb. Bu müəssisə Tokionun ən məşhurlarından biri olaraq qalır və üç dəfə "Michelin" ulduzu alıb.
Suşi aşpazı yaşına görə idarəçiliyi oğluna təhvil versə də, vaxtaşırı qonaqlara yemək bişirməyə davam edir və uzunömürlülüyünün əsas səbəbini bunu hesab edir.
"Artıq hər gün restorana gələ bilmirəm, amma 100-də olsam da, bacardığım qədər işləməyə çalışıram. Düşünürəm ki, iş ən yaxşı dərmandır", - yapon aşpaz bildirib.