RU

Dünyada kütləvi ixtisarlara START VERİLDİ: Minlərlə işçi işdən çıxarılır – FOTO

Dünyada kütləvi ixtisarlar başlayıb və ən çox əziyyət çəkən şirkət işçilərdir.

İnterpress.az xəbər verir ki, ekspertlər həyəcan təbili çalır.

Bildirilir ki, dünyada bir sıra böyük korporasiyalarda kütləvi işçi ixtisarları başlayıb. Ən çox təsir görən şirkətlərdir və ixtisarların sayı belədir:

  • UPS: 48 000 işçi

  • Nestle: 16 000 işçi

  • Amazon: 14 000 işçi

  • Accenture: 11 000 işçi

  • PwC: 5 600 işçi

  • Salesforce: 4 000 işçi

  • Target: 1 800 işçi

  • Applied Materials: 1 400 işçi

  • Paramount: 1 000 işçi

  • Ford: 1 000 işçi

Ekspertlər bildirirlər ki, bu, hələ başlanğıcdır. Kütləvi ixtisarlardan yalnız Qərb ölkələri deyil, Rusiya da təsirlənib.

Oktyabrın əvvəlində bir Rusiya bankının yüksək səviyyəli meneceri bildirib ki, bu payız bir sıra IT mütəxəssisləri işdən çıxarılacaq və onların yerini süni intellekt tutacaq.

Rəsmi açıqlamalarda hər yerdə «biznesin restrukturizasiyası» ifadəsi işlədilsə də, ixtisar olunan işçilər hesab edirlər ki, onları süni intellekt ilə əvəz etmək üçün işdən çıxarırlar.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
24
interpress.az

1Источники