RU

Azərbaycan və Belarus nümayəndə heyətləri Ağdam Sənaye Parkı ilə tanış olublar (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasındaiqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanınhəmsədrləri Azərbaycan tərəfdən Baş nazirin müavini Samir Şərifov,Belarus tərəfdən Baş nazirin müavini Natalya Petkeviç rəhbərliketdikləri nümayəndə heyəti Ağdam Sənaye Parkının infrastrukturu vərezident müəssisələrinin fəaliyyəti ilə tanış olublar.

Trendxəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, qonaqlara sənaye parkında yaradılaninfrastruktur, rezidentlər üçün tətbiq olunan dəstək mexanizmləri,logistika imkanları, habelə hazırda fəaliyyət göstərən və işəsalınması planlaşdırılan istehsal sahələri barədə ətraflı məlumatverildi.

Tərəflər sənaye kooperasiyası, birgə müəssisələrin yaradılmasıilə bağlı perspektivləri müzakirə ediblər.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Избранный
46
2
az.trend.az

3Источники